5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanla Ermənistan arasında komissiyaların iclaslarının mətnləri iki ölkədə eyni vaxtda dərc ediləcək

Azərbaycan və Ermənistan arasında komissiyaların iclasların və birgə işçi görüşlərin yekunları üzrə məzmunu komissiyaların sədrləri tərəfindən təsdiq olunan KİV üçün məlumat tərtib olunacaq və dərc olunacaq.

Bu barədə Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti”ndə deyilir.

Reqlamentdə qeyd olunub ki, komissiyalar KİV üçün məlumatın razılaşdırılmış mətnlərini eyni vaxtda dərc edəcəklər.

“Komissiyalar tərəfindən təmsil olunan dövlətlərin vəzifəli şəxslərinin iclasların və birgə işçi görüşlərin yekunları üzrə KİV üçün məlumatın hərfi məzmunundan kənar hər hansı rəsmi istinadları, habelə onların təfsiri və ya şərhi yolverilməzdir və etibarsızdır”, – reqlamentdə deyilir.

Sənəddə bildirilir ki, komissiyalar KİV üçün məlumatın məzmunu üzrə razılığa gəlmədikləri təqdirdə qarşılıqlı razılıq ilə Komissiyalar yalnız iclasların və birgə işçi görüşlərin keçirilməsi faktının qeyd olunması ilə məhdudlaşan məlumat dərc edəcəklər. Qeyd olunub ki, bu halda, komissiya ilə təmsil olunan bir dövlətin vəzifəli şəxsləri öz ictimai bəyanatlarında komissiya ilə təmsil olunan digər dövlətin iclasların və birgə işçi görüşlərin gedişində hər hansı razılaşmalarına, elanlarına, bəyanatlarına, çıxışlarına və fikirlərinə toxunmaq hüququna malik deyil.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər