19 C
Baku
Monday, April 29, 2024

Azərbaycanla Misir arasında 4 sənəd imzalandı

Bu gün Bakı şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası keçirilib.

Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda iştirak etmək məqsədilə Müştərək Komissiyanın Misir Ərəb Respublikası tərəfindən həmsədri, bu ölkənin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatın rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev diqqətə çatdırıb ki, bu il Azərbaycanla Misir arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

İclasda ticarət, sənaye, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu və aşağıdakı sənədlər imzalanıb:

  • “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Misir Ərəb Respublikasının Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu”;
  • “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında Azərbaycan – Misir Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu”;
  • “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misirli İş Adamları Assosiasiyası arasında Anlaşma Memorandumu”;
  • “Azərbaycan Respublikasının “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Misir Ərəb Respublikasının İsgəndəriyyə limanı arasında Anlaşma Memorandumu”.

Qeyd edək ki, Müştərək Komissiya 1994-cü ilin 7 aprel tarixində Qahirə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər