18 C
Baku
Sunday, April 28, 2024

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsindəki texniki maneələr aradan qaldırılacaq

Bu gün Azərbaycan Standartlaşma İnstitutu və Qazaxıstanın Standartlaşma və Metrologiya üzrə Dövlət Komitəsi tərəfindən müqavilə imzalanıb.

Bunu Azərbaycan Standartlaşma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.

O qeyd edib ki, imzalanan müqavilə Azərbaycanla Qazaxıstan arasında inkişaf edən ticarət dövriyyəsində mövcud olan texniki maneələrin aradan qaldırılmasına və ticarətin asanlaşmasına xidmət edəcək:

“Qazaxıstanla Azərbaycan arasında ötən il ticarət dövriyyəsi 300 milyon ABŞ dolları təşkil edib. Bu ilin birinci rübündə bu rəqəm artıq 100 milyon ABŞ dolları civarında olub. Qazaxıstan strateji əməkdaşlıq etdiyimiz böyük ölkədir. Bundan sonra da ticarət dövriyyəsinin artımını, inkişafını gözləyirik”.

İ.Bayramov əlavə edib ki, bu müqavilə əsasında Azərbaycan və Qazaxıstan arasında standartlaşma ilə bağlı informasiya bazasının mübadiləsi həyata keçiriləcək, hər iki ölkənin standartlarının qarşılıqlı yayımı təmin olunacaq: “Eyni zamanda, informasiya sistemləri arasında inteqrasiya, operativ mübadilə işləri təşkil ediləcək”.

Qeyd edək ki, bu müqavilə Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycana iqtisadi-ticarət missiyası çərçivəsində keçirilən birgə biznes forumda imzalanıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər