6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi $15 mlrd.-a çatdırılacaq

Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişlənməsi iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdıracaq.

Bunu Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Selçuk Akat deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında bu ilin aprel ayında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı protokol imzalanıb: “Protokola əsasən, mövcud siyahıya bəzi kənd təsərrüfatı və sənaye məhsulları əlavə edilib və onlara qarşılıqlı güzəştlərin tətbiqi nəzərdə tutulur. Bu isə, iki ölkə başçısının ticarət dövriyyəsinin həcminin 15 milyard ABŞ dollarınadək artırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə çatması üçün mühüm addımdır”.

Bununla yanaşı, S. Akat iki ölkə arasında ticarət əməliyyatların müntəzəm olaraq artmağa meylli olduğunu qeyd edib: “Beləki, 2022-ci ildə bu göstərici əvvəlki ilə nisbətən 7.9 % artaraq 3.3 milyard ABŞ dollara çatıb. 2023-cü ilin ilk 6 ayında isə 40.5 % artraq 4 milyard 746 milyon ABŞ dolları təşkilo edib”.

O, həmçinin iki ölkə arasında həyata keçirilən tədbirlərlə bağlı məlumat verib: “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) Bakıda birgə tədbir keçirib.Tədbirdə iştirak edən 23 türk iş adamına Qarabağda və Şərqi Zəngəzurda, Naxçıvanda investisiya potensialının səmərəli reallaşdırılması üçün yaradılmış əlverişli investisiya mühiti, o cümlədən həyata keçirilən yenidənqurma və infrastruktur layihələri barədə məlumat verilib. Həmçinin investisiya əməkdaşlığı çərçivəsində reallaşa biləcək imkanlar barədə fikir mübadiləsi aparılıb”.

S. Akat deyib ki, bu il iyunun 8-də İstanbulda “Azərbaycan Ələt Azad İqtisadi Zonasının Təşviq Toplantısı” keçirilib: “Xəzər dənizinin sahilində yerləşən azad iqtisadi zona Azərbaycanın qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlbi8 üçün strateji nöqtədir. Biz Türkiyədən buraya investisiyaların artırılması üçün çalışırıq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər