24 C
Baku
Friday, April 26, 2024

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ilk dəfə 6 mlrd. dolları keçəcək

Bu il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi həcminin ilk dəfə 6 milyard ABŞ dollarından çox olacağı gözlənilir.

Bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət Müşavirliyinin baş müşaviri Ahmet Erdal “Qarabağın yenidən qurulması çərçivəsində yol, körpü və tunel tikintilərində tətbiq edilən müasir materiallar, mexanizmlər və istifadə qaydaları” mövzusunda keçirilən konfransda deyib.

“Ticarət Müşavirliyi olaraq əsas işimiz Azərbaycan ilə Türkiyə arasındakı ticarət əlaqələrinin inkişafıdır. İki ölkə arasında illərdən bəri davam edən əlaqələr Azərbaycanın Vətən Müharibəsində qazanılan zəfərlə daha fərqli bir nöqtəyə qədəm qoydu. Təsadüfi deyil ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət həcmi 4.3 milyard ABŞ dolları olub. Bu il bu ticarət həcminin 6 milyard ABŞ dolları keçəcəyini gözləyirik” , – deyə A.Erdal əlavə edib.

Onun sözlərinə görə, dövlət başçılarının isə bizlərin qarşısına qoyduğu hədəf 15 milyard dollara ən qısa vaxtda çatmaqdır: “Biz buna nail olacağıq”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər