15 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 6.4 mlrd. dollara çatıb

Azərbaycanla Türkiyənin ticarət dövriyyəsinin həcmi neft-qaz ixracı daxil olmaqla 2022-ci ildə 6.4 milyard dollara yüksəlib.

Bunu DEİK Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının sədri Kamal Koloğlu deyib.

O bildirib ki, bu dövrdə neft-qaz istisna olmaqla Türkiyənin Azərbaycana ixracı 2.8 milyard dollara, Azərbaycanın ixracı isə 0.7 milyard dollara bərabər olub. Kamal Koloğlu neft-qaz məhsullarının iki ölkənin ticarət dövriyyəsində böyük paya sahib olduğunu qeyd edib.

“Qeyri-neft sektoru üzrə Azərbaycandan Türkiyəyə ixrac edilən əsas mallar daha çox pambıq, pambıq ipliyi, alüminium və gübrədir. Türkiyədən Azərbaycana isə daha çox elektron avadanlıqlar, məişət avadanlıqları, tibbi cihazlar, dərman məhsulları və mebel ixrac edilir” -deyə Kamal Koloğlu əlavə edib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər