Azərbaycanla Türkiyə arasında yenilənmiş Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılıb.
Sənədə görə, 15 məhsul Azərbaycan tərəfindən, 15 məhsul isə Türkiyə tərəfindən təsdiq edilib. Beləliklə güzəştli ticarət tətbiq olunan malların sayı hər ölkə tərəfindən 30-a çatdırılıb. 2020-cu ildə təsdiq olunan sazişə görə, gömrük rüsumundan azadolmalar hər mal qrupuna görə seçilir və 33-100 % civarındadır.
Saziş çərçivəsində mallara verilən güzəştlərin qüvvəyə mindiyi tarixdən sonrakı 10 il müddətinə nəzərdə tutulur.
Türkiyənin Azərbaycandan idxal etdiyi malların siyahısı və tətbiq olunan güzəştlər: | ||||||||||
№ | HS 2022 | Adı | Baza tarif dərəcəsi (BTD) | Əlavə gömrük rüsumu (ƏGR) | Tarifin azaldılma dərəcəsi | |||||
1 | 0813409500 | tut, heyva və digərləri | 15,4 | – | BTD-nin 50% azaldılması | |||||
2 | 2204219300 | ağ şərab (tutumu 2 litr və ya daha az həcmli qablarda; Al istehsalı olmayan; mənşəyinə görə qorunan adı ilə (Protected Designation of Origin, PDO) və ya qorunan coğrafi göstəricisi ilə (Protected Geographical Indication, PGI)) | 70 | – | 15 000 hl/il kvota daxilində BTD-nin 100% azaldılması | |||||
3 | 2204219400 | ağ şərabdan başqa digər şərablar (tutumu 2 litr və ya daha az həcmli qablarda; Al istehsalı olmayan; mənşəyinə görə qorunan adı ilə (Protected Designation of Origin, PDO) və ya qorunan coğrafi göstəricisi ilə (Protected Geographical Indication, PGI)) | 70 | – | ||||||
4 | 2204219500 | ağ şərab (Al istehsalı olmayan; digər sortluq (bir üzüm növündən); tutumu 2 litr və ya daha az həcmli qablarda) | 70 | – | ||||||
5 | 2204219700 | digər ağ şərab (Aİ istehsalı olmayan; tutumu 2 litr və ya daha az həcmli qablarda) | 70 | – | ||||||
6 | 2204219800 | ağ şərabdan başqa digər şərablar (tutumu 2 litr və ya daha az həcmli qablarda; Aİ istehsalı olmayan) | 70 | – | ||||||
7 | 2206005900 | qıcqırdılmış içkilər, onların qarışıqları, qıcqırdılmış içkilərlə alkoqolsuz içkilərin qarışıqları (köpüklənməyən, qablarda tutumu 2 litr və ya az) | 70 | – | ||||||
8 | 3917211000 | sərt borular, şlanqlar; etilen polimerlərindən, tikişsiz (başqa emala məruz qalmamış) | 8,5 | 10 | ƏGR-in 100% azaldılması | |||||
9 | 6305321900 | polietilen və polipropilen zolaq və ya lentlərdən böyük həcmli elastik konteynerlər (maşınla və ya əllə toxunmuş istisna) | 7,2 | 20 | ƏGR-in 100% azaldılması | |||||
10 | 6305339000 | qablaşdırma üçün polietilen və polipropilen zolaqlardan ibarət kisə və paketlər və s. (maşınla və ya əllə toxunmuş istisna) | 7,2 | 20 | ƏGR-in 100% azaldılması | |||||
11 | 7207111400 | dəmirdən və ya aşqarlanmamış poladdan yarımfabrikatlar (qalınlığı 130 mm-dən çox olmayan; yayılmış və ya fasiləsiz tökmə ilə alınmış, tərkibində 0,25 kütlə %-dən az karbon olanlar) | 22,5 | BTD-nin 50% azaldılması | ||||||
12 | 7207201500 | dəmirdən və ya aşqarlanmamış poladdan yayılmış və ya fasiləsiz tökmə ilə alınmış digər yarımfabrikatlar (0,25 kütlə % və ya daha çox, lakin 0,6 kütlə %-den az karbon olan, eni ikiqat qalınlığından az olan, düzbucaqlı (kvadrat daxil olmaqla) | 22,5 | BTD-nin 50% azaldılması | ||||||
13 | 7213911000 | dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar (isti yayılmış, rulonlarda, diametri 14 mm-den az; betonun armaturlaşdırılması üçün istifadə olunan) | 30 | BTD-nin 50% azaldılması | ||||||
14 | 7214991000 | dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar (tərkibində 0,25 kütlə %-dən az karbon olanlar; dörd tərəfi isti yayılmış, betonun armatur- laşdınlması üçün istifadə olunanlar) | 30 | BTD-nin 50% azaldılması | ||||||
15 | 7606119100 | aşqarlanmamış alüminiumdan plitələr, vərəqlər, zolaqlar və ya lentlər (qalınlığı 3 mm-dən az, düzbucaqlı və kvadrat şəklində) | 7,5 | 7 | ƏGR-in 100% azaldılması | |||||
Azərbaycan Respublikasının Türkiyə Respublikasından idxal etdiyi mallar orada göstərilən güzəştlərə tabedir. | ||||||||
№ | HS 2022 | Adı | Baza tarif dərəcəsi (BTD) | Tarifin azaldılma dərəcəsi | ||||
1 | 3302 10 400 0 | digərləri | 15 | BTD-nin 100% azaldılması | ||||
2 | 3923 30 101 0 | həcmi 21-dən çox olmayan məmulatların hazırlanması üçün preformalar | 15 | BTD-nin 33% azaldılması | ||||
3 | 4410 11 100 0 | emal edilməmiş və ya cilalanmadan başqa sonrakı emala məruz qalmamış | 5 | BTD-nin 100% azaldılması | ||||
4 | 4418 29 000 1 | iynəyarpaqlı növlərin oduncağından qapılar və onların çərçivələr) və kandarları | 15 | BTD-nin 66% azaldılması | ||||
5 | 4803 00 310 0 | 25 q-dan çox olmayan | 15 | BTD-nin 100% azaldılması | ||||
6 | 4819 20 000 0 | büzməli olmayan kağızdan və ya büzməli olmayan kartondan hazırlanmış qatlanan kiçik qutular, yeşiklər və qutular | 15 | BTD-nin 100% azaldılması | ||||
7 | 7408 11 000 0 | en kəsiyinin maksimum ölçüsü 6 mm-dən çox olan | 5 | BTD-nin 100% azaldılması | ||||
8 | 7612 90 800 0 | digərləri | 15 | BTD-nin 33% azaldılması | ||||
9 | 8309 90 900 0 | digərləri | 15 | BTD-nin 100% azaldılması | ||||
10 | 8413 91 000 9 | digərləri | 5 | BTD-nin 100% azaldılması | ||||
11 | 8422 40 000 0 | digər qablaşdırma və bükmə (qablaşdırma materiallarını termogeydirmə üsulu ilə bürüyən avadanlıq daxil olmaqla) üçün avadanlıq | 5 | BTD-nin 100% azaldılması | ||||
12 | 8450 11 110 0 | öndən doldurulan maşınlar | 15 | BTD-nin 33% azaldılması | ||||
13 | 8450 11 900 0 | həcmi 6 kq quru paltardan çox, lakin 10 kq-dan çox olmayan | 15 | BTD-nin 33% azaldılması | ||||
14 | 8528 72 200 0 | tərkibində videoyazan və ya videocanlandıran olan aparatura | 15 | BTD-nin 33% azaldılması | ||||
15 | 8708 99 970 0 | digərləri | 5 | BTD-nin 50% azaldılması | ||||