Ötən gün İsveçdə baş tutan parlament seçkilərində azərbaycanlı xanım siyasətçi Aylin Fazelian “Sosial-demokrat “partiyasından İsveç parlamentinə, onun bacısı Ayda Kərimli isə “Mərkəz” partiyasından əyalət millət vəkili seçilib.
Bu barədə diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.
Bildirilib ki, hazırda 26 yaşı olan Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. O, 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir. Aylin Fazelian isə 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.