10 C
Baku
Wednesday, December 11, 2024

Spirtli içki istehsalı ilə məşğul olan Azərbaycanlı iş adamı Rusiyada həbs edildi

Rusiyanın Ulyanovsk məhkəməsi azərbaycanlı iş adamı 32 yaşlı Anar Hüseynovu həbs edib. 

Biznesmen haqqında 2023-cü il avqustun 5-dək iki ay müddətinə həbs-qətimkan tədbiri görülüb.

Azərbaycanlı iş adamı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 238-ci maddəsi (ehtiyatsızlıq tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümü ilə nəticələnən) ilə həbs edilib. Onu beş ilədək məcburi əmək və ya on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, A.Hüseynovun “Andi” MMC adlı şirkətinin istehsal etdiyi “Cənab Sidr” içkisindən 30-dan çox insan ölüb, 100-ə yaxın insan zəhərlənib.

Hazırda “Andi” MMC-nin menecerləri Anton Frolov və Ramil Aslanov, həmçnini baş mühasib Polina Uskova da saxlanılıb.

İş adamı Anar Hüseynov HƏBS EDİLDİ
Son xəbərlər
Digər xəbərlər