Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı Telman İsmayılovun müflis elan edilməsinə dair məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Rusiya mətbuatının yaydığı məlumata görə, dinləmələr avqustun 29-da keçiriləcək.
Xatırladaq ki, T.İsmayılovun müflis elan olunmasına Moskva Arbitraj Məhkəməsi qərar verməlidir. “AST” Şirkətlər Qrupunun təsisçisi olan sahibkara qarşı məhkəmə iddiasını “VTB Group”a daxil olan “BM-Bank” (keçmiş “Bank Moskva”) ötən ilin oktyabr ayında qaldırıb. Bu ilin fevral ayına olan məlumata görə, T.İsmayılovun banka borcu 286,42 mln. rubl (təxminən 7,1 mln. manat) təşkil edir.
Report