7 C
Baku
Thursday, December 12, 2024

“Azərelektrikşəbəkətikinti”nin mənfəəti 61 dəfə azalıb

“Azərelektrikşəbəkətikinti” ASC 2021-ci ili 35 min 436 manat mənfəətlə başa vurub. 2020-ci ildə isə şirkətin mənfəəti 2 milyon 160 min manat olub ki, bu da illik müqayisədə 61 dəfə azalma deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərelektrikşəbəkətikinti”nin əsas əməliyyat gəlirləri 27% azalaraq 11 milyon 176 min manatdan 8 milyon 193 min manata düşüb. Şirkətin həmçinin satışdan maya dəyəri 4 milyon 788 min manatdan 5 milyon 616 min manata çatıb.

Bu ilin yanvarın 1-nə şirkətin aktivləri 3 milyon 751 min manat olub ki, bu əvvəlki ilə nisbətən 56% azdır. “Azərelektrikşəbəkətikinti”nin öhdəlikləri 7.4 dəfə azalaraq 555 min 629 manat, kapitalı isə 27% azalaraq 3 milyon 195 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər