29 C
Baku
Sunday, June 16, 2024

Azərikard beynəlxalq əməkdaşlığını genişləndirir

®21.05.2024-cü il tarixində Qardaş Türkiyənin, İstanbul şəhərində “Azərikard” və “SAS” şirkəti arasında strateji əməkdaşlıq haqqında memorandum imzalanıb. 

Tərəflər çıxışları zamanı qurumlar arasında əməkdaşlığı yüksək qiymətləndiriblər.

“Azərikard” MMC-nin Baş direktoru Fərid Quliyev bu əməkdaşlığın hər iki tərəf üçün uzunömürlü və davamlı olacağına əminliyini vurğulayıb: “ Mən inanıram ki, bu əməkdaşlıq təşkilatların fəaliyyətinə dəyər qatacaq və mövqelərinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan bazarında ən son və müasir təcrübələrin tətbiq olunması müştərilərimizin xidmətlərinin təhlükəsizliyinə töhfə verəcək, yeni innovativ həllərə yol açacaq”.

“SAS Türkiyə” şirkətinin Baş direktoru Rasim Eğri isə bildirib ki, “İnanıram ki, Azərikard-la birlikdə Azərbaycan da fəaliyyət göstərən banklara daha təhlükəsiz, səmərəli və rahat imkanlar təqdim edə biləcəyik”. 

50 ildir fəaliyyətdə olan SAS-ın qabaqcıl texnologiyaları, maliyyə sahəsində risklərin minimuma endirilməsi və itkilərin qarşısının alınması üçün ən mükəmməl həllərdən biridir. 

Bu əməkdaşlıq çərçivəsində Azərikard-ın imkanları SAS-ın qabaqcıl texnologiyaları, qlobal təcrübə və həll imkanları ilə birləşərək müştərilərimizin daha  yüksək təhlükəsizlik və etibarlılığına şərait yaradacaq, dünya bazarında qabaqcıl həll olan “SAS Fraud Management” sistemlərinin tətbiqi ilə şirkətimizin potensialını daha da artıracaq.

bb

dd

ee

Son xəbərlər
 ⁠
Digər xəbərlər