20 C
Baku
Friday, May 3, 2024

Azərikard fəaliyyətini ölkə hüdudlarından kənara genişləndirməyi planlaşdırır

®“Azərikard” MMC-nin rəhbərliyi 13-15 noyabr tarixlərində Özbəkistan Resublikasının paytaxtı Daşkənd şəhərində keçirilən “Caspian Energy Investment Forum Tashkent 2023” forumunda iştirak edib və bir sıra yerli təşkilatlar ilə görüşlər keçirib. Özbəkistan Respublikasına səfər zamanı “Azərikard” MMC-ni Baş direktor Fərid Quliyev və Baş direktorun Biznesin inkişafı və dəstək üzrə müavini Zakir Əhmədov təmsil ediblər.

“Azərikard”-ın Baş direktoru Fərid Quliyev forumda çıxışı zamanı – təşkilatın son illərdə əldə etdiyi uğurlu nəticələr, strateji hədəflər və əsasən də şirkətin yaratdığı “TezÖdə” məhsulu haqqında forum iştirakçılarını ətraflı məlumatlandırmışdır.

Təşkilatın rəhbər heyəti Özbəkistan Respublikasının Banklar Assosiyasıyasının, İnnovasiyaların və Texnologiyaların transferi üzrə Milli ofisinin, İnnovasiyaların inkişafı üzrə Dövlət Agentliyinin, Özbəkistan İT Parkının, UZUM ekosisteminin və bir sıra kommersiya Banklarının həmçinin maliyyə-ödəniş təşkilatlarının rəhbər şəxsləri ilə görüşlər keçirmişdir.

Görüşlərdə Azərikard Prosessinq Mərkəzinin fəaliyyət sahələri barədə ətraflı məlumatlar və son illərdə dünyada nağdsız ödənişlərin artmasını nəzərə alaraq, Azərikard-ın yaratdığı yeni, innovativ “TezÖdə” məhsulu xüsusi yer almışdır. “TezÖdə” məhsulunun innovativliyi və unikallığı görüşlər keçirilən təşkilatların rəhbər şəxsləri tərəfindən böyük maraqla qarşılanmışdır.

Xüsusən “TezÖdə” məhsulunun  Özbəkistan Respublikasında da istifadəyə verilməsi istiqamətində fikir mübadilələri aparılmışdır və təşkilatların rəhbərliyi tərəfindən adı çəkilən məhsulun tətbiqinə böyük maraq göstərilmişdir, həmçinin növbəti addımlar üzrə fikir mübadilələri aparılmışdır.

Özbəkistan Respublikasının bəzi Dövlət qurumları və kommersiya təşkilatları ilə  əməkdaşlığın daha sıx təşkilinə dair razılıqlar əldə edilmişdir və bununla da Memorandumların və Əməkdaşlıq sazişlərinin imzalanması nəzərdə tutulmuşdur.

2fe1f0bd 555f 412f b45a 9c54371ccb43

91d571cd 664a 4da8 9ea7 3a40b47ef820

c567dca7 e804 4a8f 8429 1e66d8b63ab9

c6451378 b8ad 4fde 972b 1641c3108e31

Son xəbərlər
 ⁠
Digər xəbərlər