6 C
Baku
Monday, December 16, 2024

“Azəriqaz”a yeni səlahiyyətlər verildi

Qaz təchizatı haqqında “Azəriqaz” İB-nə yeni səlahiyyətlər verilib.

Baş verən yeniliklər barədə “Azəriqaz” İB-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov məlumat verib.

Verilən səlahiyyətlər çərçivəsində Birlik tərəfindən istehlakçıların mənzil və obyektlərində müayinələr keçiriləcək. Həmin müayinələr nəticəsində mənzil və obyektlərdə olan mövcud vəziyyət qiymətləndiriləcək və bu vəziyyətə uyğun növbəti addımlar atılacaq.

Yoxlanılması tələb olunan mənzilə 5 gün öncədən bildiriş veriləcək, bildirişin müddəti çatandan sonrakı 3 gün ərzində mənzilə baxış mümkün olmadıqda qaz təminatı qanunvericiliyə uyğun olaraq dayandırılacaq.

“Qanunvericilikdə göstərilən qaydada müayinə abonentlərin qaz sayğacından başlayaraq mənzil daxili qaz xətlərində, qaz qurğularında, vanna otağı və mətbəxlərdə havadəyişmə kanalları və tüstü bacalarında olan mövcud vəziyyətin texniki-normativ qaydalara uyğun yoxlanılmasıdır. Müayinə zamanı layihə smeta sənədlərində qaydalarda uyğunsuzluq qeydə alınarsa “Azəriqaz”ın aidiyyəti işləri tərəfindən qanunvericilikdə göstərilən qaydada akt tərtib olunacaq. Həmin abonentə 1 ay müddət veriləcək ki, bu müddət ərzində çatışmazlıqların aradan qaldırılmasını təmin etsin. Çatışmazlıqlar aradan qaldırılmadığı təqdirdə isə qaz təminatı dayandırılacaq. “Azəriqaz”ın bu istiqamətdə gördüyü işlər abonentlərin təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələrlə köməklik etməkdən ibarətdir”, – deyə şöbə rəisi bildirib.

 

 

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər