22 C
Baku
Sunday, April 28, 2024

“Azəriqaz”dan oğurluq edildi

“Azəriqaz” İstehsalat Birliyinə (İB) məxsus 2 000 manat dəyərində dəmir borularını oğurlayan şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Ə.Qayıbov küçəsindən “Azəriqaz” İB-yə məxsus 2 000 manat dəyərində dəmir boruların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Zaur İmamquliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər