“Azərişıq” Bakı və ətraf qəsəbələrdə elektrik şəbəkələrinin yenidən qurulmasını bu şirkətə həvalə edir

“Azərişıq” ASC Bakı şəhəri və ətraf kənd-qəsəbələrdə elektrik şəbəkələrinin yenidən qurulması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.

Banker.az xəbər verir ki, müsabiqənin qalibi “Rusnur Construction” MMC seçilib.

Tender Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə gərginlik düşmələrinin aradan qaldırılması və artan enerji tələbatının qarşılanması məqsədilə paylayıcı elektrik şəbəkələrində yenidənqurma işlərinin aparılmasını nəzərdə tutur.

Müsabiqənin ehtimal olunan dəyəri 5 milyon 578 min 620,39 manat təşkil edib. Bu layihənin həyata keçirilməsi ilə paytaxt və ətraf yaşayış məntəqələrində elektrik təchizatının etibarlılığının və şəbəkənin ötürücülük qabiliyyətinin artırılması hədəflənir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər