26 C
Baku
Wednesday, April 24, 2024

“Azəristiliktəchizat”: “Bu il “Azəriqaz”a borcumuz qalmayıb”

Bu ilin 10 ayında “Azəristiliktəchizat” ASC-nin istifadə etdiyi təbii qazın dəyəri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə tam ödənilib.

Bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər payız-qış növsmü ilə bağlı keçirdiyi brifinqdə deyib.

“Nəticədə “Azəriqaz”la bu gün aramızda heç bir problem yoxdur və bütün qazanxanalarımıza qazın verilməsində maneə olmayıb”, – deyə İ.Mirzəliyev əlavə edib.

Qeyd edək ki, ötən qış mövsümünü “Azəristiliktəchizat” 41 milyon manat debitor borcla başa vurmuşdu.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər