Hazırda orbitdə olan 3 peykimiz var. Bildiyiniz kimi bu yaxınlarda “Azersky” peyki öz fəaliyyətini başa vurdu.
Bunu “Azərkosmos” İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.
“Peyk öz missiyasını başa vursa da, müşahidə peyki kimi qalmaqdadır. Yaxın illərdə peyklərimizin sayı artacaq”, – deyə Saməddin Əsədov qeyd edib.