5 C
Baku
Saturday, December 14, 2024

Azərnbaycan yanvarda Rusiyadan idxalı 2 dəfə yüksəldib – Mənfi ticarət saldosu $200 mln.-a çatır

Azərbaycan 2023-cü ilin ilk ayında Rusiya Federasiyası ilə ticarət dövriyyəsinin həcmi 336.28 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bunun da 2022-ci ilin yanvarında şimal qonşu ilə 207.05 mln. dollar ticarətin olmasını nəzərə alsaq, illik müqayisədə ticarət dövriyyəsinin 62% artması deməkdir.

İlkin göstəricilərə görə, ixracın artmasına səbəb Azərbaycanın Rusiyadan idxalı artırmasıdır. Belə ki, Azərbaycan Rusiyaya ixracı ötən ilin yanvarı ilə müqayisədə 5.5% azaldaraq 68.49 milyon dollara saldığı halda, ondan idxalı 2 dəfə artırmaqla 267.79 milyon dollara qaldırıb.

Beləliklə, ötən ilin yanvarında Azərbaycanın Rusiya ilə ticarətindəki mənfi 62 mln. dollarlıq saldo cari ildə mənfi 199.3 mln. dollara yüksəlib.

Son xəbərlər
Digər xəbərlər