Bəzi abunəçilərin telefonlarına “Azərpoçt”un adından müxtəlif mesajlar göndərilir.
Bununla bağlı qurumun mətbuat sözçüsü Günel Gözəlova sosial şəbəkədə məlumat yayıb. O qeyd edib ki, “Azərpoçt”MMC-nin adından mobil telefonlara gələn mesajlar saxtadır və saxtakarların işidir: “Biz bununla bağlı mediaya açıqlama da vermişdik.
Xahiş edirik,aldanmayın!”.
©Qafqazinfo