8 C
Baku
Thursday, December 12, 2024

“Azərsığorta” 42 milyon manat az sığorta haqqı toplayıb

“Dövlət Sığorta Kommersiya Şirkəti” (“Azərsığorta”) 2022-ci ilin yanvar-avqust ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında kəskin azalma tendensiyası davam edib.

Şirkət yanvar-avqust ayları ərzində 7.900 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 41.542 mln. manat və ya 84% azalma deməkdir.

8 ayda şirkət tərəfindən ümumilikdə  15.287 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 29.301 min manat və ya 66% az olub.

Bazarda niyə bu qədər mövqeyi itirib?

Sığorta haqlarının həcmindəki azalmanın əsas səbəbi açıqlanıb. Sığorta şirkətinin mətbuat katibi Elnur Hüseyquluyev bildirib ki, səbəb dövlət icbari şəxsi sığorta növünün Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması ilə bağlıdır.

Prezident İlham Əliyevin 2021-ci il 18 may tarixli Fərmanı ilə “Azərsığorta”nın dövlət icbari şəxsi sığorta sahəsində səlahiyyətləri əlindən alınıb, 2022-ci il yanvarın 1-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

Sərəncama uyğun olaraq, dövlət icbari şəxsi sığortası üzrə yığımlar və ödənişlər nazirliyin tabeliyindəki DSMF tərəfindən həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər