8 C
Baku
Friday, March 29, 2024

“Azərsu”: Azərbaycanda şirin su ehtiyatlarında ciddi azalma var

“Bütün dünyada olduğu kimi Azəbaycanda da şirin su ehtiyatlarında ciddi azalma müşahidə olunur”.

Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün qurumda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, sudan səmərəli və qənaətlə istifadə edilməsi üçün bu ilin fevral ayından etibarən qənaət rejiminə keçilib: “Bu dövrdə sudan qanunsuz istifadə ilə bağlı bəzi mənfi hallara rast gəlinib. Məsələn, “Azərsu” abonenti olan bəzi şəxslər sayğacdankənar su xəttindən istifadə edir. Bəzi şəxslər isə qurumun abonenti deyil, heç bir sayğacı yoxdur, qanunsuz şəkildə su ehtiyatlarından istifadə edir”.

“İcra hakimiyyətlərində bununla əlaqədar xüsusi komissiyalar yaradılıb. Abşeron rayonunda bu komissiyaların iştirakı ilə keçirilən görüş zamanı məlum oldu ki, burada böyük həcmdə su istifadə edilib. Bir qanunsuz su xəttini ləğv etdik, amma səhəri gün məlum oldu ki, su xətti yenidən çəkilib. Buna yol verən isə ərazidəki obyekt sahibləri olub. Onlar parkların və digər ərazilərin suvarılması üçün ayrılan sudan qanunsuz istifadə edir, bunun müqabilində isə heç bir ödəniş etmirlər. Onlar özlərinə məxsus xüsusi çənləri belə doldururlar”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər