“Azərsu” Açıq Səhmdar Cəmiyyət ilə “İnterkabel” Firması 2.3 milyon manatlıq müqavilə bağladı.
Banker.az xəbər verir ki, müqavilədə Elektrik sahəsi üçün lazım olan mal-material və avadanlıqların satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 2 milyon 295 min 378 manatdır.
Bildirək ki, “İnterkabel” Firması 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Bunun nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Yasin Molanovdur.