12 C
Baku
Friday, March 29, 2024

Azərtac-ın əmək haqqına çəkdiyi xərc 2 dəfəyə yaxın artıb

Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) PHŞ 2018-ci ili 10,328 mln manat xalis mənfəətlə başa vurub ki, bu da  əvvəlki illə müqayisədə 24,5 dəfə çoxdur. 

Banker.az bu barədə Azərtac-ın maliyyə hesabatına istinadən xəbər verir.

 2018-ci ildə Azərtac-ın cəmi gəlirləri 11,011 mln manat olub ki, bu da 2017-ci ilin müvafiq dövrüylə müqayisədə 35% artım deməkdir. Azərtacın qeyri-birja əməliyyatlarından gəlirləri 10,947 mln manat, birja əməliyyatlarından gəlirləri isə 64 min manat təşkil edib.

Ötən ilin analoji dövründə Azərtac-ın cəmi xərcləri  1,6 % azalaraq 7,597 mln manat olub. Azərtacın  əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmalarına çəkdiyi xərc 5,858 mln manat ( 2017-ci illə müqayisədə 1,8 dəfə və ya 78% çox) təşkil edib. 

2018-ci ilin maliyyə hesabatına əsasən, Azərtac-ın cəmi aktivləri 4 dəfə artaraq  9,362 mln manat olub. Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər isə 7,509 mln manat təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər