5 C
Baku
Saturday, December 14, 2024

“Azərxalça”nın yığılmış zərəri 17 milyon manatı keçib

“Azərxalça” ASC 2021-ci ili 3 milyon 200 min manat zərələ başa vurub. 2020-ci ildə ASC-nin zərəri 3 milyon 283 min manat olub ki, bu da illik müqayisədə 2.5% azalma deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

31 dekabr 2021-ci il tarixinə “Azərxalça”nın satışdan gələn gəliri 3.2 dəfə azalaraq 1 milyon 607 min manat, satışın maya dəyəri 3.8 dəfə azalaraq 1 milyon 215 min manat, inzibati və əməliyyat xərcləri 18% azalaraq 4 milyon 185 min manat olub. Şirkətin yığılmış zərəri isə 23% artaraq 17 milyon 40 min manat təşkil edib.

Ötən il “Azərxalça”nın cəmi aktivləri 102 milyon 796 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 4% azalmadır. ASC-nin cəmi kapitalı 105 milyon 963 min manatdan 102 milyon 411 min manata, cəmi öhdəlikləri isə 1 milyon 41 min manatdan 385 min manata düşüb.

Son xəbərlər
Digər xəbərlər