13 C
Baku
Wednesday, May 8, 2024

“Azərxalça”nın yığılmış zərəri 20 milyon manatı keçdi

“Azərxalça” ASC 2022-ci ili 3 milyon 368 min manat zərələ başa vurub. 2021-ci ildə ASC-nin zərəri 3 milyon 200 min manat olub ki, bu da illik müqayisədə 5.25% azalma deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bununla da, şirkətin yığılmış zərəri 19.8 % artaraq 20 milyon 406 min manata çatıb.

31 dekabr 2022-ci il tarixinə “Azərxalça”nın satışdan gələn gəliri 3.5% azalaraq 1 milyon 551 min manat, satışın maya dəyəri 26.6% azalaraq 904 min manat, inzibati və əməliyyat xərcləri 19% azalaraq 4 milyon 970 min manat olub.

Ötən il “Azərxalça”nın cəmi aktivləri 90 milyon 808 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 12% azalmadır. ASC-nin cəmi kapitalı 102 milyon 410 min manatdan 90 milyon 808 min manata, cəmi öhdəlikləri isə 1 milyon 41 min manatdan 385 min manata düşüb.

Qeyd edək ki,  “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər