12 C
Baku
Friday, March 29, 2024

Azad edilmiş ərazilərdə sahibkarlara zəmanətlə verilən kreditlərin monitorinqi aparılacaq

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin monitorinqi aparılacaq.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, müvəkkil kredit təşkilatı ildə azı bir dəfə kredit verdiyi sahibkarlıq subyektində kreditdən təyinatı üzrə istifadənin monitorinqini aparır və bu barədə Azərbaycan Biznesinin İnkişafı Fonduna hesabat verir.

Zəmanət və faiz subsidiyası verilmiş kreditdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Azərbaycan Biznesinin İnkişafı Fondu sahibkarlıq subyektlərində monitorinqlər apara bilər.

Müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılan kredit müqaviləsində sahibkarlıq subyektinin Fond tərəfindən monitorinq keçirilməsi üçün zəruri şərait yaratmaq, kreditdən istifadəyə dair tələb olunan sənədləri və məlumatları təqdim etmək öhdəliyi nəzərdə tutulmalıdır.

Fond aparılmış monitorinqlərin nəticəsi barədə rübdə bir dəfə Nazirliyə məlumat verir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər