15 C
Baku
Saturday, April 27, 2024

AZAL Barselonaya reysləri bərpa edir

AZAL Avropanın məşhur istiqamətinə – Barselonaya uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Barselonaya uçuşları bərpa edərək Bakıdan Avropaya marşrut şəbəkəsini genişləndirir.

Bakı-Barselona-Bakı marşrutu üzrə ilk reys mayın 2-də həyata keçiriləcək.

Barselona İspaniyanın ikinci əhəmiyyətli şəhəri və Avropanın ən böyük turizm mərkəzlərindən biridir. Barselona həm də mülayim iqlimi, dənizi və qum çimərlikləri ilə məşhur olan kurort şəhəridir.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportundan Barselonaya və əks istiqamətdə həftədə iki dəfə – çərşənbə axşamı və bazar günü yerinə yetirəcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər