-3 C
Baku
Sunday, December 15, 2024

AZAL prezidenti: “Zəngilan Hava Limanı ağır yük təyyarələrini qəbul edəcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Zəngilan Hava Limanında işlərin gedişatına baxış keçirib.

AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə ötən ilin may ayında başlanılıb.

C.R Əsgərov qeyd edib ki, Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Tikinti işlərinin bu il tamamlanması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər