“Azbadam” MMC rebrendinqə gedib.
Banker.az-ın məlumatına görə, “Azbadam” şirkəti loqosunu dəyişib.
Şirkət haqqında
Şirkət 2016-cı ildə 5 manat nizamnamə kapitalı ilə yaradılsa da sonradan 10.45 milyon manata çatdırılmışdır.
“Azbadam” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona və Soleta sortlarıdır.
İllik istehsal gücü 800 ton badam ləpəsidir.
KÖHNƏ LOGO
YENİ LOGO