9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda “Card-to-Card” ilə xaricə pul köçürmə hansı banklarda mümkündür? (SİYAHI, ŞƏRTLƏR)

Azərbaycanda 24 yerli bankdan yalnız 10-da xarici bankın “Card-to-Card” (Kart Transfer ) əməliyyatlar mümkündür. “Card-to-Card” dedikdə istər yerli bankın, istərsədə xarici bankın kartlarına olan pul transferidir.

Banker.az-ın araşdırmasında məlum oldu ki, Azərbaycanda bu növ əməliyyatların keçirilməsində limit müəyyən edilib. Məsələn, 10 bankdan eləsi var ki, orada kartlar arasında transferə gündəlik 500 dollara qədər limit tətbiq edilir. Azərbaycan Mərkəzi Bankının qoyduğu tələbə görə, ölkədən xaricə “Card-to-Card” ilə ən çoxu gündəlik 1 000 dollar, aylıq isə 10 000 dollar ekvivalentində vəsait köçürmə imkanınız vardır.

Banklardan bəziləri isə müştərinin vəsaiti transfer edəcəyi kartın növləri eyni olmasını mütləq tələb edir. Məsələn, kartınız “Visa”dırsa, xaricdə vəsaiti “Card-to-Card” ilə qəbul edəcək şəxsin də kartı “Visa” olması lazımdır.

Digər bir limit isə müştərinin bankların kartı ilə vəsaitləri göndərərkən pulu transfer edəcəyi ölkədən də asılıdır. Bir çox banklar vəsaiti köçürərkən öz mobil bank tətbiqlərində göndəriləcək ölkələrin siyahısını tərtib edib, bu ölkələr xaricində vəsait transfer mümkünsüzdür.

“Card-to-Card”ı olan banklar:

AFB Bank
Komissiya: 0.2%,
Min. Komissiya tutulma: 0.5 AZN
Köçürülmə valyutası: USD

Qeyd: transfer olacaq bank kartları eyni növdə olmalıdır (Visa-Visa, Mastercard-Mastercard)

Azərbaycan Beynəlxalq Bankı
Komissiya: 1%,
Min. Komissiya tutulma: 3 USD
Köçürülmə valyutası: USD

Qeyd: transfer olacaq bank kartları eyni növdə olmalıdır (Visa-Visa, Mastercard-Mastercard)

Bank of Baku
Komissiya: 1.5%,
Min. Komissiya tutulma: 1.5 USD
Köçürülmə valyutası: USD

Qeyd: transfer olacaq bank kartları eyni növdə olmalıdır (Visa-Visa, Mastercard-Mastercard)

Bank Respublika

Komissiya: 1.5%,
Min. Komissiya tutulma: 3.5 AZN/USD
Köçürülmə valyutası: USD

Qeyd: limit – manatda olan kartdan gündəlik 850 manat, ABŞ dollarında olan kartdan isə gündəlik 1 000 dollar, aylıq isə 2 500 dollardır.

Bank VTB (Azərbaycan)

Komissiya: 1%,
Min. Komissiya tutulma: 3.5 AZN, 2 USD/EUR, 150 RUR
Köçürülmə valyutası: USD, EUR, RUR

Qeyd: Köçürmə yalnız “Visa” kartları arasında mümkündür.

Expressbank

Komissiya: 2%,
Min. Komissiya tutulma: 2 USD/EUR
Köçürülmə valyutası: USD, EUR

Qeyd: Günlük limit 1 000 dollar, aylıq 10 000 dollar ekvivalenti.

Günay Bank

Komissiya: 1.5%,
Min. Komissiya tutulma: məlumat  verilmir
Köçürülmə valyutası: USD

Qeyd: transfer olacaq bank kartları eyni növdə olmalıdır (Visa-Visa, Mastercard-Mastercard)

Kapital Bank
Komissiya: 2%,
Min. Komissiya tutulma: 3 AZN/USD/EUR
Köçürülmə valyutası: USD, EUR

Qeyd: gündəlik limit 1 000 USD və aylıq limit 4000 USD təşkil edir

Rabitəbank
Komissiya: 2%,
Köçürülmə valyutası: USD, EUR

Qeyd: bankın mobil tətbiqində yalnız nəzərdə tutulan ölkələrə transfer mümkündür

Ziraat Bank Azərbaycan

Komissiya: 2%,
Köçürülmə valyutası: USD

Qeyd: gündəlik pul transferi limiti 500 dollardır.

Foto böyük ölçüdə4234234234

Son xəbərlər
Digər xəbərlər