Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar olaraq oktyabrın 27-də gecə saatları ərzində operatorun şəbəkəsində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.
Eyni zamanda “Azercell” dekabrın 1-dən etibarən faktura dövrü ərzində ƏDV daxil 2 manatdan az məbləğdə xidmətlərdən istifadə edilən “Sizin tarif+” tarif istifadəçiləri üzrə 1 manat (ƏDV daxil) aylıq abunə haqqı tətbiq edəcək.
Report