“Azercell” mobil operatorunun abunəçiləri problemlə üzləşib.
Abunəçilər iki gündür normal zəng edə bilmədiklərindən şikayətlənir.
Sosial şəbəkələrdə abunəçilər “Azercell” nömrələrinə zəng çatmadığını, gün ərzində problemin aradan qaldırılmadığını deyirlər.
Mobil operator yaranmış vəziyyətlə bağlı abunəçilərinə müraciət edib.
Müraciətdə hazırda “Azercell” abunəçiləri tərəfindən Bakı şəhəri ərazisində 3G şəbəkəsinin səsli zəng xidmətlərində bəzi çətinliklər yaşandığı bildirilib: “Tövsiyə edirik ki, abunəçilərimiz səsli zəng xidmətlərindən istifadə edərkən, 2G şəbəkəsinə keçsinlər”.
Qeyd edək ki, 3G və 4G şəbəkəsində mobil internet xidmətləri tam gücü ilə fəaliyyət göstərir. Ən yaxın saatlarda səs xidmətləri də bərpa ediləcək”.