12 C
Baku
Tuesday, May 7, 2024

“AzerGold” 2023-cü ilin ilk yarısında zərər edib – Gəlirlər düşüb, xərclər yüksəlib

Dövlətin “AzerGold” QSC-sinin 2023-cü ilin ilk yarısında satışlarının azalması və onun maya dəyərinin artması yarımilliyi zərərlə tamamlamayıb.

Banker.az xəbər verir ki, bu barədə “AzerGold”un yarımillik audit hesabatında bildirilir.

Belə ki, ilin ilk 6 ayında dövlət şirkəti 40.36 milyon dollar cəmi gəlir əldə edib ki, bu da 2022-ci ilin analoji dövründən 7.74 milyon dollar və ya 16% azdır. Dövlət şirkətinin satışlarının maya dəyəri 32.32 milyon dollar olmaqla illik müqayisədə 5.53 milyon dollar və ya 21% azalmadır.

Beləliklə, bütün gəlir və xərclər fərqindən sonra dövlət şirkəti ötən yarım ili 1.17 milyon dollar xalis zərərlə tamamlayıb. Halbiki, 2022-ci ilin ilk yarısında  11.21 milyon dollar xalis mənfəət əldə etmişdi.

Bu azalma gözlənilən idi. Belə ki, İqtisadi Təhlil və Komunikasiya Mərkəzinin iyul nəşrində bildirilir ki, AzerGold xətti ilə bu il xaricə 39.4 milyon dollar həcmində məhsul ixrac edilib. 2022-ci ilin eyni müddətində bu göstərici 44.1 milyon dollar idi.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər