25 C
Baku
Monday, April 29, 2024

“AzerGold” daxili bazardakı 65 investordan $20 mln. borc cəlb etdi

29 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan AZ2003019877 İSİN-li, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla başa çatıb. Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 65 investor tərəfindən qiymət intervalı 100.0000(6%) ABŞ dolları və 101.3741(5.5%) ABŞ dolları olan 68 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21 521 800 ABŞ dolları, yerləşdirilmiş həcmi isə 20,000,000 ABŞ dolları təşkil edib. İstiqrazların kəsmə qiyməti 100.0000(6%) ABŞ dolları, orta ölçülmüş qiyməti isə 100.0433(5.9841%) ABŞ dolları olaraq müəyyən edilib.

Qeyd edək ki, “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 6%, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların ödəmə tarixi 13.01.2027-ci ildir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər