“AzerGold” QSC son 6 ildə qızıl və gümüş satışından ümumilikdə 674 mln. manatlıq gəlir əldə edib.
Banker.az xəbər verir ki, bu barədə “AzerGold”un bu gün açıqladığı press-relizində bildirilir.
Bildirilir ki, dövlətə məxsus şirkətin ümumilikdə 1 mlrd. 716 min manat üzərində gəliri olub, bunun da 1 mlrd. 42 mln. manatı xaricə ixrac edilib.
Ötən dövr ərzində 11.5 min unsiya qızıl, 77 min unsiya gümüş daxili bazarda satılıb.
“İxrac icmalı”nın iyul sayında isə bildirilir ki, “AzerGold”un qızıl ixracı cari ilin ilk 6 ayında cəmi 39.4 mln. dollar olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11% azdır. Həmin dövrdə ölkədən xaricə şirkətin 44.1 mln. dollarlıq ixracı reallaşmışdı. 2021-ci ilin eyni dövründə isə bu, 45.6 mln. dollar idi.
Xatırladaq ki, 2023-cü ilin ilk yarısı Azərbaycan ümumilikdə xaricə 60.5 mln. dollarlıq qızıl satıb.