25 C
Baku
Monday, April 29, 2024

“AzerGold”un $20 milyonluq istiqrazları listinqə alındı

10 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “AzerGold” QSC-nin ümumi ümumi dəyəri 20,000,000 ABŞ dolları olan AZ2003019877 İSİN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2003019877
 İstiqrazların növü və forması  Faizli təmin edilməmiş sənədsiz adlı
İstiqrazların sayı 200 000 (ədəd)
Nominal Dəyəri 100 USD
İllik faiz dərəcəsi 6%
Tədavül müddəti 3 il
Kupon faizlərinin ödəniş müddəti 90 təqvim günündən bir

 

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İŞ” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər