11 C
Baku
Thursday, May 16, 2024

“AzerGold”un ötən il ixracdan qazancı azalıb

2021-ci ilin yanvar-dekabr aylarında “AzerGold” QSC 103.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

2020-ci ilin eyni dövründə isə “AzerGold”un ixracdan gəliri 109.4 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 5.9 milyon dollar və ya 5.4% azdır.

Xatırladaq ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər