1 C
Baku
Saturday, December 14, 2024

“Azersun Holding”in mağazalar şəbəkəsi cərimələnir

“Azersun Holding”in diskount mağazalar şəbəkəsi cərimələnir. Dövlət Gömrük Komitəsi “AL Market” MMC barəsində cərimə protokolu tərtib edərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərib.

Banker.az xəbər verir ki, şirkət barəsində 13 iyul 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “AL Market” MMC 2018-ci ildə yaradılıb və 10 928 621 manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Digər xəbərlər