1 C
Baku
Saturday, December 14, 2024

“Azersun”: İlk devalvasiya olanda üstümüzə çox düşdülər

“Azərbaycana necə valyuta gətirməliyik, Azərbaycandan valyuta çıxmasının qarşısını necə almalıyıq. Biz, sahibkarların vəzifəsi bu olmalıdır”. Bunu “Azersun Holding”ın baş icraçı direktoru Savaş Uzan deyib.

S.Uzan təmsil etdiyi qurumun məhsullarının qiymətlərinin ucuzlaşması ilə bağlı məsələlərə də aydınlıq gətirib: “İlk devalvasiya olanda bizim üstümüzə çox düşdülər. Qiymətləri qaldırmaqda ittiham edirdilər. Halbuki, ilk devalvasiyadan sonra 8 ay qiymətləri qaldırmadıq. O zaman da Müşahidə Şuramızın sədri Abdulbari Goozal bəy söyləmişdir ki, “bizim masamızda hələ mallarımız var. Hələ onlarla idarə edirik”. Bizim 3 aylıq mal ehtiyatımız olub. Mart ayının sonu, aprelin əvvəlində manat dollar qarşısında möhkəmləndi. Bizə qiymətlərin ucuzlaşdırılması üçün 3 ay vaxt lazım idi. Amma həmən bizə qiymətləri ucuzlaşdırmaq üçün basqılar başladı. Bu təzyiqlər təkcə bizə deyil, digər istehsalçılara da olub. Biz ilk devalvasiyadan sonra 8 ay qiymətləri qaldırmadıq və itirdik, indi də köhnə məzənnə ilə mal idxal etməyimizə baxmayaraq, yenə endirimə getdik”.

“Azersun” təmsilçisi deyib ki, ötən il Azərbaycanda qaz və elektrik enerjisinin qiymətlərinin artması onların məhsullarının qiymətlərinə də təsir edib: “Bu gün qiymətlər təkcə məzənnə ilə əlaqəli deyil. Qiymətlərin tənzimlənməsində xaricdən gətirdiyimiz xammalın, burada aldığımız xidmətlərin də payı var. Bu gün məzənnə düşüb, amma ötən il elektrik enerjisi və qazın qiymətində ciddi artım olub. Kimsə bundan söhbət etmir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər