21 C
Baku
Thursday, April 25, 2024

“Azersun”un iki şirkətinə 1.2 milyon manatdan çox maliyyə sanksiyası tətbiq olundu

“Azərbaycan Gön-Dəri İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti əsasında “Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılıb.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC tərəfindən istehsal edilən və “Sun Food” MMC tərəfindən daxili bazarda satılan duz məhsullarının qiymətlərində müşahidə olunan dəyişikliklər Dövlət Xidməti tərəfindən təhlil edilib. Təhlil nəticələrinə əsasən, duz məhsullarının topdan satışını qanunvericiliyin tələblərini pozmaqla həyata keçirdiyi üçün “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-yə qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi 690 473 manat məbləğində, “Sun Food” MMC-yə isə 567 974 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib.

“Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC-yə duz məhsullarının topdan satışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi barədə göstəriş verilib. Əlavə olaraq, Dövlət Xidməti tərəfindən verilmiş göstərişə əsasən, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC duz məhsullarının istehsalı və satışı zamanı rəqabəti təmin etməli, duz məhsullarının satışı ilə bağlı müraciət etmə qaydası və şərtlərini müəyyən edərək internet informasiya ehtiyatlarında açıqlamalıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər