25 C
Baku
Monday, April 29, 2024

“AzFinance İnvestisiya Şirkəti” 1 mln. dollar borc cəlb edir

“AzFinance İnvestisiya Şirkəti” QSC 1 mln. ABŞ dolları həcmində borc pul cəlb edir.

Banker.az xəbər verir ki, bu barədə emissiya prospektində deyilir.

Bildirilir ki, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 1 000 ədəd diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxılacaq.

Xatırladaq ki, “AzFinance” İnvestisiya Şirkəti 2 fiziki şəxsə – Abid Məmmədova (84,97%) və İntiqam Səfərəliyevə (15,03%) məxsusdur. Sonuncu, həm də şirkətin direktorudu

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər