“Azinvestkredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı artırılıb.
Bu barədə Banker.az xəbər-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, şirkətin nizamnamə kapitalı 52 min manat, yaxud 10.4% artırılmaqla 552 min manata çatdırılıb.
Xatırladaq ki, BOKT Tamara İsmayılova və Əkbər İsmayılov adlı şəxslərə məxsusdur. Onların hər birinin BOKT-dakı payı 50%-dir.