Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO 2025-ci ili 683.08 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 21.3% və ya 119.82 min manat çoxdur.
Banker.az xəbər verir ki, bu barədə audit hesabatına istinadın xəbər verir.
Maliyyə hesabatına əsasən, qurumun qeyri-kommersiya əməliyyatlarından gəlirləri illik müqayisədə 11.5% artaraq 7.46 mln. manata çatıb. Eyni zamanda, sair əməliyyat gəlirləri 633.98 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir.
Hesabat dövründə əmək haqqı xərcləri 2.4% azalaraq 4.93 mln. manata düşsə də, sair əməliyyat xərcləri 2.5 dəfə artaraq 2.25 mln. manata yüksəlib. Amortizasiya xərcləri isə 21.2% artaraq 163.20 min manat olub.
Nəticədə AZPROMO-nun əməliyyat mənfəəti 683.08 min manat təşkil edib ki, bu da 2024-cü ilin göstəricisindən 21.3% çoxdur.
Agentliyin aktivləri il ərzində 4.3 dəfə artaraq 12.34 mln. manata yüksəlib. Artım əsasən digər cari aktivlərin yaranması hesabına baş verib. Bu maddə üzrə göstərici 2024-cü ildə sıfıra yaxın olduğu halda, 2025-ci ilin sonunda 8.90 mln. manata çatıb.
Uzunmüddətli aktivlər 41% artaraq 2.41 mln. manat olub. Bu dövrdə qeyri-maddi aktivlər təxminən 2.9 dəfə artaraq 883.10 min manata yüksəlib.
AZPROMO-nun pul vəsaitləri və onların ekvivalentləri isə 11.9% azalaraq 1 mln. manata enib.
Agentliyin cəmi kapitalı il ərzində 23.8% artaraq 3.44 mln. manata çatıb. Kapital ehtiyatları 39% artaraq 2.44 mln. manat olub.
Bununla yanaşı, qurumun öhdəliklərində kəskin artım qeydə alınıb. Cəmi öhdəliklər 112.81 min manatdan 8.90 mln. manata yüksələrək təxminən 79 dəfə artıb.







