13 C
Baku
Tuesday, May 7, 2024

AZPROMO ötən ili ₼1.2 milyon mənfəətlə başa vurub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 2022-ci ili 1 milyon 225 min manat mənfəətlə başa vurub.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il AZPROMO-nun cəmi gəlirləri 3 milyon 854 min manat, cəmi xərcləri isə 2 milyon 629 min manat təşkil edib.

31 dekabr 2022-ci il tarixinə AZPROMO-nun cəmi aktivləri 15 dəfə artaraq 2 milyon 221 min manat, cəmi öhdəlikləri 7 dəfə artaraq 996 min manat olub.

Xatırladaq ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edilmişdir.

p1 p2 p3 p4

Son xəbərlər
 ⁠
Digər xəbərlər