Azərbaycan Mərkəzi Bankı “AzSığorta” şirkətini bankın əməkdaşlarının könüllü tibbi sığortası (KTS) üzrə keçirilən tenderin qalibi elan edib.
Qalib şirkətlə sığorta müqaviləsi bağlanıb.
Bildirək ki, “Azsığorta” şirkətinin səhmdarı 1 fiziki şəxsdir. Nizamnamə kapitalı 20,3 mln. manata bərabərdir.