2 C
Baku
Saturday, December 14, 2024

“Azsığorta” kiçilib, mənfəəti və gəlirləri azalıb

“Azsığorta” ASC 2021-ci ili  758 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə isə “Azsığorta”nın mənfəəti 1 milyon 857 min manat mənfəət etmişdir. Belə ki, illik müqayisədə ötən il sığorta şirkətinin mənfəəti 2.4 dəfə azalıb.

Banker.az bu barədə sığorta şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ AZALIB

Ötən il “Azsığorta”nın gəlirləri 16 milyon 762 min manat (illik müqayisədə 24% az), xərcləri 15 milyon 815 min manat (19.5% az), mənfəət vergisi ödəmələri isə 189 min manat (2.5 dəfə az) təşkil edib.

AKTİVLƏRİ 2 DƏFƏYƏ YAXIN AZALIB

Bu il yanvarın 1-nə “Azsığorta”nın aktivləri 38 milyon 78 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 1.7 dəfə azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 35% azalaraq 20 milyon 279 min manata çatıb, balans kapitalı isə 1.9 dəfə azalaraq 17 milyon 799 min manata düşüb.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99.64%-lik, “Bank of Baku” ASC-nin isə 31.11%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər