Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYT) məxsus “Aztelekom” MMC bir illik “outstaffing” (işçi heyətinin idarəedilməsi üsulu olmaqla, əlavə 3-də göstərilmiş işçiləri sifarişçi şirkətin sərəncamına verməklə xidmət göstərilməsini nəzərdə tutur) xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalında bildirilir ki, tenderin qalibi “Caspian Consolidated Services” MMC-dir.
Qalib şirkətə 554 604 min manat ödəniləcək.
Qeyd edək ki, “Caspian Consolidated Services” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Azər Allahverdiyevdir.