26 C
Baku
Sunday, April 28, 2024

“Aztelekom” MMC gəlirlərini ölkədə yüksəksürətli internet şəbəkəsinin qurulmasına sərf edib

®“Aztelekom” MMC-nin gəlirləri, əsasən, internet və telefon xidmətləri üzrə formalaşır və 2021-ci illə müqayisədə 2022-ci ilin gəliri 8,2% artaraq 106 972 min manata çatıb.

Ümumi gəlirlərdə müşahidə edilən artıma baxmayaraq Cəmiyyət 2022-ci ili 26 101 min manat zərərlə başa vurub. Zərərin formalaşmasına əsas səbəb hazırda ölkə ərazisində internet şəbəkəsi üzrə həyata keçirilən yenidənqurma işləridir. Belə ki, “Aztelekom” respublika ərazisində  GPON (Giqabit Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqini həyata keçirir və abunəçilərinin keyfiyyətli genişzolaqlı xidmətlərlə təmin edilməsi üçün şəbəkənin ən müasir texnologiyasına keçid işləri aparır. Bununla əlaqədar Cəmiyyət yüksəkixtisaslı kadrlar cəlb edib və ölkə ərazisində tikinti işləri üçün əlavə işçi qüvvəsini artırıb. Eləcə də GPON texnologiyasında beynəlxalq təcrübənin uğurla tətbiq olunması üçün Cəmiyyətin strategiyasına uyğun ixtisaslaşmış texniki dəstək xidməti cəlb olunub. Ölkə ərazisində GPON texnologiyası əsasında genişzolaqlı internet şəbəkəsi artdıqca, internet alışı da artıb.

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq iqtisadiyyatın rəqəmsallaşdırılması üçün informasiya kommunikasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi istiqamətində “Aztelekom” kapital qoyuluşlar proqramını yerinə yetirib. Belə ki, müvafiq proqram çərçivəsində tikintisi və quraşdırılması başa çatmış əsas vəsaitlər istismara verilib və 2022-ci il ərzində 56,612 min manat dəyərində əsas vəsaitlərə investisiya olunub. Sözügedən investisiya əsasən borc vəsaiti hesabına maliyyələşdirilib ki, bu da öz növbəsində Cəmiyyətin faiz xərclərinin artmasına səbəb olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər