25 C
Baku
Monday, April 29, 2024

Aztelekom və Baktelekom cərimələndi – Onlara maliyyə sanksiyası tətbiq ediləcək

Araşdırmalar zamanı “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən bir sıra qanunvericilik aktlarının tələblərinin pozulması müəyyən olunub.

Bunu Banker.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən (AİBNDX) bildiriblər.

Dövlət Xidməti tərəfindən “Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib.

Qeyd edək ki, daha əvvəl Dövlət Xidməti özəl internet provayderlərinə göstərilən xidmətlərin tariflərində artımların tətbiq edilməsinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan araşdırma, eləcə də bir sıra özəl internet provayderlərdən də daxil olmuş müraciətlər əsasında “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində iş qaldırmışdı.

İşə baxılması zamanı Cəmiyyətlərin dövlət (Tarif (qiymət) Şurası) tərəfindən tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdikləri və bununla bağlı qeyd edilən Cəmiyyətlər tərəfindən bir sıra qanunvericilik aktlarının tələblərinin pozulması müəyyən olunub.

Bildirək ki, Dövlət Xidmətinin təşəbbüsü və “AzFiberNet” MMC, “Eurosel” MMC, “SeaBak” MMC, “Smart Sistems Texnoloji” MMC, “Sparktel” MMC, “Data Plus” MMC, “Azerfon” MMC, “UniNet” MMC tərəfindən bu iki şirkət barəsində iş qaldırılmışdı.

Dövlət Xidməti tərəfindən son qəbul olunan qərara əsasən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-yə onların daxili əmrləri ilə müəyyən edilmiş xidmət tariflərinin “Telekommunikasiya haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanunlarının, habelə Tarif (qiymət) Şurasının qərarlarının tələblərinə uyğunlaşdırılması haqqında göstəriş verilib və adı çəkilən Cəmiyyətlərə maliyyə sanksiyası şəklində cərimə tətbiq edilib.

Ötən ilin son rübündə “Aztelekom” MMC həmin internet provayderlərindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş şikayətləri əsassız hesab etdiyini bildirmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər